ONN İnformasiya Agentliyi

Təyyarədə BOMBA həyəcanı

Təyyarədə BOMBA həyəcanı
05 Aprel 2018 - 14:57

Sinqapurun "Scoot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Tailandın Xat Yay aeroportuna uçarkən göyərtədə partlayış barədə xəbərdarlıqdan sonra geri qayıdıb.

ONN media xəbər verir ki, bu barədə Sinqapur Polis İdarəsi məlumat yayıb.

Məlumatda deyilir: "Biz TR634 nömrəli reysi həyata keçirən heyətin göyərtədəki sərnişinlərdən birindən bomba təhlükəsi barədə xəbərdarlıq aldığını təsdiq edirik. Bundan sonra geri qayıdan təyyarə "Çanqi” aeroportunda təhlükəsiz şəkildə yerə enib. Hazırda polis təyyarədə yoxlama aparır. Hadisə barədə ətraflı məlumat veriləcək”.

"The Straits Times” qəzeti yazır ki, təyyarə geri dönərkən onu hərbi hava qüvvələrinin iki qırıcısı müşayiət edib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png