ONN İnformasiya Agentliyi

Tanınmış cütlükdən ÜZÜCÜ XƏBƏR

Tanınmış cütlükdən ÜZÜCÜ XƏBƏR
11 Dekabr 2020 - 21:48

Türkiyəli müğənni Hadisə aktyor sevgilisi Kaan Yıldırımla yollarını ayırıb.

ONN media  xəbər verir ki, sənətçi bu haqda sosial media hesabında bildirib. O, İnstaqramının hekayə bölümündə ayrılıqla bağlı bunları yazıb:

“Sevgi çox gözəl hissdir. Hər şey sevgi ilə daha gözəldir. Bu hamının qorxmadan yaşamalı olduğu duyğudur. Amma bəzən sevgi olsa belə olmur.

Buna görə də bir qərara gəldim və bunu sizinlə paylaşmaq istədim. Kaan Yıldırımla yollarımızı ayırdıq. Ona həyatda xoşbəxtlik və uğur arzu edirəm. Hər zaman deyirəm, bizi sevgi və məhəbbət xilas edəcək. Həmişə sevgi olsun. Özünüzə yaxşı baxın”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png