ONN İnformasiya Agentliyi

Tarixi tikili məhv oldu: Paris Notr-Damda yanğın – Video

Tarixi tikili məhv oldu: Paris Notr-Damda yanğın – Video
16 Aprel 2019 - 9:31

Fransanın paytaxtı Parisdə XII əsrə aid Paris Notr-Dam kilsəsində güclü yanğın baş verib.

ONN media xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

Xəsarət alanlar barədə hər hansı məlumat yoxdur.

***

Fransa Prezidenti Emmanuel Makronun bu gün televiziyadan xalq qarşısında çıxışı təxirə salıb.

***

Paris Notr-Dam kilsəsinin sağ qülləsinin damı yanğın nəticəsində uçub.

***

Yanğın Paris Notr-Dam kilsəsinin sol qülləsini də cənginə alıb.

Yanğınsöndürənlər yanğını söndürməyə ehtiyat edirlər. Çünki güclü su şırnağının tarixi tikilinin tamamilə uçmasına səbəb olacağı deyilir.

***

Parisin arxiyepiskopu keşişlərə çağırış edərək bütün şəhərlərdə zəngləri çalmağa və dualar oxumağa səsləyib.

***

Yanğın Əleyhinə Mübarizə Xidmətinin rəhbəri Campedro Boskainonun sözlərinə görə, yanğını sabah söndürmək mümkün olacaq.

“Olaya baxdığımızda sabah səhər saatlarında yanğının söndürülməsinin mümkün olacağı görünür. Bu, çox uzun işdir”, – deyə Boskaino bildirib.

***

Fransanın Notr-Dam kilsəsində baş vermiş yanğın söndürülüb.

Bu barədə “Le Figaro” qəzeti yazıb.

Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png