ONN İnformasiya Agentliyi

Tbilisidə bankın filialına hücum: İnsanlar girov götürülüb

Tbilisidə bankın filialına hücum: İnsanlar girov götürülüb
16 Aprel 2021 - 14:28

“Bank of Georgia”nın Tbilisidəki filialına hücumu odlu silahı olan bir nəfər törədib. 

ONN media bildirir ki, bu barədə “Sputnik Gürcüstan” xəbər verir

Məlumata görə, bunu həmin vaxt bankın yaxınlığında olan şahid jurnalistlərə deyib.

Onun sözlərinə görə, həmin şəxs dərhal bir qadını buraxıb. Qadın hazırda bankda üç əməkdaşın və bir mühafizəçinin olduğun bildirib.

Tbilisinin Avlabari rayonunda “Bank Of Georgia”ya hücum bu gün günorta saatlarında baş verib.

Polis əməkdaşları Avlabari metro stansiyası ərazisini tam mühasirəyə alıblar. Hazırda metroya giriş bağlanıb.

13.51

Gürcüstanda naməlum şəxslər odlu silahla “Bank of Georgia”nın Tbilisidəki filialına girərək oradakı insanları girov götürüblər.

Bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı elan edib.

Bildirilir ki, filial paytaxtın Avlabari rayonunda yerləşir.

Həmin binada təmir işləri gedir. Ərazi polis tərəfindən mühasirəyə alınıb. Şahidlərin sözlərinə görə, atəş səsi eşidilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png