ONN İnformasiya Agentliyi

Toy kortejindəki avtomobillərin sayı azaldılır

Toy kortejindəki avtomobillərin sayı azaldılır
29 Oktyabr 2019 - 9:15

Çeçenistanda toy kortejində iştirak edən avtomobillərin sayına məhdudiyyət qoymaq təklif edilir.

ONN media xəbər verir ki, polis hesab edir ki, toy mərasimlərindəki avtomobil karvanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyini pozur.

Amma hələ kortejdə iştirak edə biləcək avtomobillərin dəqiq sayı müəyyənləşdirilməyib.

Qeyd edək ki, Çeçenistanda toy mərasimində bəy-gəlin avtomobilini 10-larla maşın müşayiət edir. 21 oktyabrda Kurçaloysk rayonunda toy karvanındakı avtomobilin qarşı hərəkət zolağına çıxması nəticəsində baş verən qəzada qadın və 6 aylıq körpə ölüb, 7 nəfər xəsarət alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png