ONN İnformasiya Agentliyi

Tramp: “Bizə vasitəçilər lazım deyil”

Tramp: “Bizə vasitəçilər lazım deyil”
24 Sentyabr 2019 - 10:41

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların İranla münasibətlərinin qaydaya salınması üçün vasitəçi ölkələr lazım deyil.

Bu barədə ONN media RİA “Novosti”yə istinadən xəbər verir.

“Bizə vasitəçilər lazım deyil. İran nəsə etmək istəyir və düşünmürəm ki, bizə vasitəçi lazımdır”, – deyə Tramp Nyu-Yorkda, BMT Baş Assambleyasında Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşdən əvvəl jurnalistlərə bildirib.

ABŞ prezidenti misirli həmkarını dost adlandırıb.

Tramp BMT-də onunla İranın rəhbərliyi arasında heç bir görüşün planlaşdırılmadığını təsdiqləyib. Lakin o, belə hadisələr üçün ənənəvi olaraq “baxarıq nə olacaq”, – sözlərini əlavə edib.

Öz növbəsində BMT Baş Assambleyasında İran prezidenti Həsən Ruhani Britaniyanın baş naziri Boris Consonla və Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Bu barədə daha əvvəl İranın Prezident Administrasiyasından bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png