ONN İnformasiya Agentliyi

Tramp bu gün QƏRAR VERƏCƏK

Tramp bu gün QƏRAR VERƏCƏK
20 Sentyabr 2019 - 15:06

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampa günün sonuna qədər Səudiyyə Ərəbistanı “Saudi Aramco” şirkətinin neft emalı zavodlarına edilən hücumlara cavab variantlarını təqdim edəcək.

ONN media xəbər verir ki, bu barədə Associated Press (AP) öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Ağ Evdə Milli Təhlükəsizlik Şurasının bugünkü iclasında Pentaqon nümayəndələri İranda vurula biləcək hədəflərin siyahısını açıqlayacaqlar. Üstəlik, onlar Amerika liderinin diqqətini Tehrana qarşı hərbi əməliyyatların geniş miqyaslı müharibəyə səbəb ola biləcəyinə yönəltmək niyyətindədirlər.

Qeyd edək ki, ABŞ ordusunun Baş qərargah rəisi, general Cozef Danford jurnalistlərə açıqlamasında vəzifəsinin prezidentə hərbi seçim imkanı vermək olduğunu demişdi.

Donald Tramp Kaliforniya ştatının San Dieqo şəhərində ikən jurnalistlərin suallarını cavablandırarkən müharibə istəmədiyini söyləmişdi. Sonradan isə vəziyyətin sülh yolu ilə həll olunmayacağını”etiraf etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png