ONN İnformasiya Agentliyi

Tramp ÜST-nın pulunu niyə vermədi?

Tramp ÜST-nın pulunu niyə vermədi?
15 Aprel 2020 - 10:46

ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırdığını söyləyib.

ONN media xəbər verir ki, o, bunu aprelin 15-də keçirdiyi brifinqdə bəyan edib.

“Bu gün rəhbərliyə, təşkilatın pis idarəetməsi və koronavirusun yayılması ilə bağlı məlumatların gizlədilməsindəki rolunu qiymətləndirənə qədər ÜST-ə töhfələri dayandırmağı tapşırdım” deyib.

O xatırladıb ki, ABŞ vergi ödəyiciləri il ərzində təşkilatın büdcəsinə 400-500 milyon dollar, Çin isə 40 milyon dollar ödəyib.

Trampa görə, ÜST-nin ən təhlükəli qərarlarından biri ABŞ-ın Çin və digər ölkələrlə hava səyahətinə qadağan edilməsini tənqid etməsi idi.

“Xoşbəxtlikdən, mən onların (ÜST) tövsiyələrini dinləmədim və uçuşları təxirə saldım, bununla da minlərlə insanın həyatını xilas etdik. <…> ÜST tövsiyələrinə əməl edən və sərhədləri açıq qoyan digər ölkələrə, xüsusən Avropaya baxın.”

ABŞ prezidenti təşkilatı yanlış reytinqlər və tövsiyələr səbəbindən 20 qat daha çox insanı yoluxdurmaqda günahlandırıb: “ÜST mütəxəssisləri Çin səlahiyyətlilərinin məlumatlarına etibar edib və virusun guya insandan insana ötürülmədiyini əminliklə bildirib”.

Tramp əlavə edib ki, Vaşinqton digər ölkələrlə ÜST-ün islahatını və bu təşkilata verilən vəsaitlərin istifadəsini müzakirə edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png