ONN İnformasiya Agentliyi

Trampdan QƏRİBƏ TƏKLİF

Trampdan QƏRİBƏ TƏKLİF
21 Avqust 2019 - 11:29

ABŞ Prezidenti Donald Tramp Danimarka Baş naziri Mette Frederiksenlə planlaşdırılan görüşünü təxirə salıb.

ONN media xəbər verir ki, bu məlumatı Tramp öz Tvitter səhifəsində paylaşıb.

“Danimarka möhtəşəm insanlara sahib olan çox özəl ölkədir. Baş nazir Mette Frederiksenin şərhlərinə əsaslansaq, onun Qrenlandiyanın satın alınmasını müzakirə etməkdə maraqlı olmadığını görərik. Mən iki həftə sonraya planlaşdırılan görüşümüzü başqa zamana çəkirəm”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Frederiksen Qrenlandiyanın ABŞ-a satılması fikrinin absurd olduğunu bildirib. O həmçinin sentyabrın əvvəli Vaşinqtona səfər edəcəyini deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png