ONN İnformasiya Agentliyi

Türk ordusu HƏRƏKƏTƏ KEÇDİ- Genişmiqyaslı əməliyyatlar üçün ağır silahlar göndərildi

Türk ordusu HƏRƏKƏTƏ KEÇDİ- Genişmiqyaslı əməliyyatlar üçün ağır silahlar göndərildi
05 Yanvar 2021 - 10:41

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədin İdlib istiqamətində hərəkətə keçib.

ONN media  xəbər verir ki, Bəşər Əsəd rejimi ordusunun İdlib və ətrafına son günlərdə ağır silahlar yerləşdirməsi türk ordusunu hər hansı hücum ehtimalına qarşı hazırlaşmağa vadar edib.

Bu çərçivədə rejimlə müxalif qrupları ayıran cəbhə xətlərinə çox sayda zirehli piyada döyüş maşınları, zirehli texnika, tank, səyyar gülləkeçirməz təhlükəsizlik kabinləri və hərbi radiolokasiya göndərilib. Rejimin hücumlarına cavab vermək məqsədilə bölgədə yeni keçid məntəqələri yaradılıb və səngər qazılıb.

Bu arada, Türkiyədən İdlibə hərəkət edən hərbi kortec İdlib-Əl Bab istiqamətində hücuma məruz qalıb. Yerli mənbələrin məlumatına görə, hələ ki şəxsiyyətləri məlum olmayan bir qrup terrorçu kortecə raket atıb. Olayda itki verilməyib. Hadisədən sonra türk ordusu genişmiqyaslı anti-terror əməliyyatlarına başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png