ONN media

Türkiyə Suriyada 181 sığınacağa zərbələr endirib

Türkiyə Suriyada 181 sığınacağa zərbələr endirib
10 Oktyabr 2019 - 7:24

Türkiyənin Silahlı Qüvvələri Suriyada “Barış pınarı” əməliyyatının ilk saatlarında terrorçuların Telabyad, Rasulayn və Zormağar bölgələrindəki sığınacaqlarına zərbələr endirib.

ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Naziri bildirib.

“Barış pinarı” əməliyyatı çərçivəsində Hərbi Hava Qüvvələri və digər hərbi texnika Fərat çayından şərqdə, Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində, eləcə də digər ərazilərdə terrorçuların 181 sığınacağına zərbələr endirib”, – deyə xəbərdə bildirilir.

Məlumata görə, terrorçular tərəfindən Türkiyənin Nusaybin rayonuna raket mərmiləri atılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png