ONN İnformasiya Agentliyi

Türkiyə-Ermənistan sərhədləri açılır? – Ərdoğan CAVABLADI

Türkiyə-Ermənistan sərhədləri açılır? – Ərdoğan CAVABLADI
11 Dekabr 2020 - 14:49

Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər.

ONN media  xəbər verir ki, bunu Azərbaycan səfərindən ölkəsinə geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Üzərində işlədiyimiz altılıplatforma hər kəs üçün “qazanc-qazanc” imkanı təmin edəcək təşəbbüsdür. Ermənistan da bu prosesə qatıla və faydalı addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər. Yeni imkanlar yarandığı təqdirdə, şübhəsiz ki, burada Ermənistanın qazancı ciddi anlamda artacaq. Bundan ən çox da Ermənistan qazanacaq”, – Ərdoğan vurğulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png