ONN İnformasiya Agentliyi

Türkiyə hərbi xərcləri 150% artırdı

Türkiyə hərbi xərcləri 150% artırdı
19 Oktyabr 2023 - 11:58

Türkiyə 2024-cü ildə müdafiə sahəsinə 40 milyard dollar ayıracaq.

ONN media xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti Cövdət Yılmaz deyib.Onun sözlərinə görə, bu rəqəm ötənilki büdcə ilə müqayisədə 150 faiz çoxdur.

Ötən il Türkiyə müdafiə və təhlükəsilik sahəsinə 16 milyard dollar ayırmışdı.Yılmaz bildirib ki, Türkiyə büdcəsini artırmaqla yanaşı, bu yaxınlarda təqdim edilən “12-ci İnkişaf Planı”na əsasən, 2024-2028-ci illər ərzində həyata keçiriləcək siyasət və tədbirlər vasitəsilə müdafiə və aerokosmik sənayedə ixracı, məşğulluğu və lokalizasiyanı stimullaşdırmağı hədəfləyir:

“Müdafiə sənayesinin ixracı 6 milyard dollardan 11 milyard dollara, müdafiə sənayesinin özünü təminetmə səviyyəsi isə 80 faizdən 85 faizə yüksələcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png