ONN İnformasiya Agentliyi

Türkiyə parlamentinin sədrindən İrana XƏBƏRDARLIQ

Türkiyə parlamentinin sədrindən İrana XƏBƏRDARLIQ
13 Dekabr 2020 - 10:26

“İrana embarqo qoyulduqda, İran təcrid olunduqda hər zaman cəsarətlə bu ölkənin hüquqlarını müdafiə edən cənab Prezidentimiz olub”.

ONN media  xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə İranda aparılan kampaniyaya etirazını bildirib.

TBMM sədri tvitter səhifəsində bu barədə yazıb: “Bəzi iranlı səlahiyyət sahibləri tərəfindən Cənab Prezidentimizə qarşı nümayiş etdirilən nalayiq davranışlar əsla qəbuledilməzdir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın 10 dekabrda Bakıda keçirilən paradda səsləndirdiyi şeir İranda əks-səda verib. Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə izahat tələb olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png