ONN İnformasiya Agentliyi

Ukraynada hərbi xidmətlə bağlı VACİB QƏRAR

Ukraynada hərbi xidmətlə bağlı VACİB QƏRAR
21 İyul 2021 - 18:22

Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək. NATO-ya üzv olmaq yolunda belə bir addım atılmalıdır.

ONN media xəbər verir ki, bu barədə yerli KİV-ə müsahibəsində Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri Aleksandr Kornienko bildirib.

Onun sözlərinə görə, Prezident Vladimir Zelenski tərəfindən imzalanan hərbi strategiya tədricən həyata keçirilməyə başlanılıb. Bu islahatlara məcburi çağırışın ehtiyatda olan xidmətlə əvəzlənməsi də daxildir.

“Bu, artıq 2023-cü ildən mümkündür. Hərbi çağırış məntəqələrində də islahat aparılacaq. Bütün bu islahatlar NATO-ya üzvlük planı ilə əlaqəli olduğu üçün gözlənilir. Hərbi islahat davamlı olaraq aparılacaq”,- deyə Aleksandr Kornienko əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png