ONN İnformasiya Agentliyi

Vladimir Zelenskinin həyat yoldaşı koronavirusa yoluxdu

Vladimir Zelenskinin həyat yoldaşı koronavirusa yoluxdu
12 İyun 2020 - 16:33

Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya koronavirus diaqnozu qoyulub.

Bu barədə “RİA Novosti” informasiya yayıb.

Xəbərdə bildirilib ki, Ukraynanın Prezident Administrasiyası məlumatı təsdiqləyib. Hazırda Zelenskayanın müalicəsi ev şəraitində aparılır.

Həmçinin, qeyd olunub ki, Ukrayna Prezidenti və övladları koronavirus testindən keçirilib. Onlarda virus aşkarlanmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png