ONN İnformasiya Agentliyi

Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər…

Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər…
19 Aprel 2019 - 21:35

Almaniyanın Eslingen şəhərindən olan iki tarixçi 2017-ci ilin yayında arxeoloji qazıntılar zamanı təsadüfən xəzinə tapıb.

ONN media xəbər verir ki, onlar bu barədə hökumətə məlumat verməyiblər. Almaniya qanunlarına görə, xəzinə tapan şəxslər dərhal bu barədə dövlət orqanlarına məlumat verməlidirlər. Xəzinə tapan şəxsin şəxsi həyətində olsa belə, o dövlətə məxsus hesab edilir.

2018-ci ilin yayında tarixçilərdən biri vicdanının səsinə qulaq asaraq bu barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Elə o gündən də onların həyatında çətin dövr başlayıb.  Belə ki, tarixçilər tapdıqları xəzinəni təhvil verməklə yanaşı, üstəlik cərimə də ödəməlidirlər.Əks halda onları həbs gözləyir.

Tapılmış gil küpənin içərisində 1300  il əvvələ aid 9200 gümüş sikkə aşkarlanıb. Onların ümumi çəkisi 4,6 kq təşkil edib. Gümüş sikkələrin ən qədimi 1280-ci, ən yenisi 1350-ci ilə aiddir.
Mütəxəssislərin dediyinə görə, bu Almaniyada son 10 ildə tapılmış orta əsrlərə dair ən böyük xəzinədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png