ONN İnformasiya Agentliyi

Yaponiya ABŞ raketinin quraşdırılmasını təxirə saldı – SƏBƏB?

Yaponiya ABŞ raketinin quraşdırılmasını təxirə saldı – SƏBƏB?
15 İyun 2020 - 19:02

ABŞ istehsalı “Aegis Ashore” ballistik raket əleyhinə müdafiə sisteminin Yaponiyada quraşdırılması təxirə salınacaq.

ONN media xəbər verir ki, bunu Yaponiyanın Müdafiə naziri Taro Kono deyib.

O bildirib ki, buna səbəb maliyyə və texniki problemlərdir.

Qeyd edək ki, Yaponiya hökuməti 2017-ci ildə Şimali Koreyanın nüvə enerjisi və raket proqramına qarşı “Aegis Ashore” sistemlərinin satın alınması planını təsdiqləyib. Sistemin 2023-cü ildə aktivləşəcəyi gündəmə gəlmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png