ONN İnformasiya Agentliyi

Yarımadada 8 terrorçu məhv edildi

Yarımadada 8 terrorçu məhv edildi
09 Yanvar 2018 - 19:46

Misirin Sinay yarımadasının şimalında yerləşən Al-Ariş şəhərində Misirin hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı zamanı səkkiz terrorçu məhv edilib.

ONN media Axar.az-a istinadən xəbər verir ki, atışma zamanı məhv edilmiş terrorçular Sinayın şimalında bir sıra terror aktlarının iştirakçısı olublar.

Müəyyən edilib ki, həmin silahlılar Al-Ariş şəhərindəki kimsəsiz ərazilərin birində silahsız istifadə etmək, partladıcı qurğular düzəltmək və əldəqayırma bombaların yerləşdirilməsi üsullarını öyrəniblər.

Al-Ariş şəhərinin Al-Risa rayonunda terrorçuların sığınacağında 5 ədəd avtomatik silah, 2 əldəqayırma bomba və külli miqdarda döyüş sursatı aşkar edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png