ONN media

Zelenski 22 nəfəri əfv etdi

Zelenski 22 nəfəri əfv etdi
12 Sentyabr 2019 - 19:30

Ukrayna Prezidenti Vladimir Zelenski vəzifəyə başladığı may ayından etibarən 22 məhbusu əfv edib.

ONN media bildirir ki, bu barədə prezidentin ofisindən məlumat verilib.

Bildirilib ki, aradan keçən beş ay ərzində əfv olunanların beşi qadın, 17-si isə kişidir.

Ancaq prezidentin ofisi əfv olunanlar arasında əcnəbilərin və mübadilə çərçivəsində əfv olunan vətəndaşların sayı ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, sentyabrın 7-də Rusiya və Ukrayna 35 məhkum və saxlanılan vətəndaşın sərbəst buraxılması ilə bağlı razılığa gəlmişdilər.

Rusiya tərəfdən azad edilənlər arasında terror aktı hazırlamaqda ittiham olunan Oleq Sentsov və Rusiya sərhədini pozan 24 Ukrayna əsgəri də var. Bu gün məhkəmə qərarı ilə sərbəst buraxılan “RİA Novosti” portalının rəhbəri Kirill Vışinski də Rusiyaya yola düşüb.(oxu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png