ONN İnformasiya Agentliyi

Zelenski dostunu da vəzifəsindən azad etdi

Zelenski dostunu da vəzifəsindən azad etdi
30 Mart 2024 - 15:51

Sergey Şefir Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci köməkçisi vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, fərman Ukrayna liderinin rəsmi saytında dərc olunub.

“Şefir Sergey Naxmanoviç Ukrayna prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.

Qeyd edək ki, o, 2019-cu ilin mayından Ukrayna prezidentinin köməkçisi vəzifəsində işləyib. Siyasətə gəlməzdən əvvəl Zelenski ilə televiziya layihələrində çalışıb. Şefir “95-ci Kvartal” KVN komandasına əsaslanan “Kvartal-95” studiyasının həmtəsisçisidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png