ONN İnformasiya Agentliyi

Sadiq Qarayevin “Sarvansız zamanlar” kitabı

Sadiq Qarayevin “Sarvansız zamanlar” kitabı
24 Noyabr 2021 - 14:53

Yazıçı Sadiq Qarayevin “Sarvansız zamanlar” kitabı işıq üzü görüb.

ONN media bildirir ki, “Sarvansız zamanlar” Sadıq Qarayevin üçüncü əsəridir. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv janrda yazılmış iri həcmli romanlar olmuşdur.

Qeyd edək ki, “Sarvansız zamanlar” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsildə hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Bir yazı yazmaq istəyirəm”, “Mövcudluq şükranlığı” esseləri poeziyanın nəsrlə vəhdətinin nümunəsidir.

II fəsil müəllifin müxtəlif elmi, fəlsəfi və ictimai düşüncələri bədii təxəyüllə təsvir edən yazıları, III fəsildə sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır.

IV fəsildə Sadıq Qarayevin müsahibələri və publisist məqalələri yer almış, “44 gün” adlanan V fəsil isə Qarabağda tarixi qələbəmizə həsr edilmişdir. Buradakı “And”, “Aləmlərin söhbəti”, “Zoriyə gecikmiş məktub” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən mənalı və əhəmiyyətlidir. VI fəsildə müəllifin müxtəlif vaxtlarda yazdığı şeirlər yer almışdır.

Sadıq Qarayevin “Sarvansız zamanlar” kitabında oxuculara təqdim olunan elmi və bədii əsərləri nəticə etibarilə ölkəmizdə xalqımızın müstəqillik dövrünün çətinliklərindən, müharibə sınaqlarından uğurla çıxa bilməsinin əsas səbəbinin gənc dövlətimizin qüdrətli və uzaqgörən sükançılarının olması ilə əlaqələndirilmişdir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png