ONN MEDİA

Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR

Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR
04 İyul 2019 - 17:32

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, dramaturq, tarixçi-alim Yunus Oğuzun “Səfəvi Şeyxi”tarixi romanının təqdimatı keçirilib.

ONN media xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, elm və ədəbiyyat adamları, millət vəkilləri, media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. Yeni çap olunan “Səfəvi Şeyxi” tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirib.

Daha sonra Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Elman Nəsirov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova, millət vəkili Nizami Cəfərov, filologiya üzrə fəslsəfə doktoru Elnarə Qaragözova, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, yazıçı Elçin Hüseynbəyli kitab haqqında çıxış ediblər.

Sonda müəllif Yunus Oğuz çıxış edərək tədbirin təşkili üçün əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib. Müəllif “Səfəvi Şeyxi” romanını tədbir iştirakçıları üçün pulsuz paylayıb.

Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png