ONN MEDİA

Afaq Aslanın ADNSU-dakı qalmaqallı səhnə geyimi haqda universitet RƏSMİ açıqlama verdi

Afaq Aslanın ADNSU-dakı qalmaqallı səhnə geyimi haqda universitet RƏSMİ açıqlama verdi
16 Mart 2019 - 22:57

Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan konsertdə çıxışı müzakirələrə səbəb olub. İfaçının Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

ONN media xəbər verir ki, “Eduaz” mövzu ilə bağlı ADNSU ilə əlaqə saxlayıb.  Universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edilib: 

“Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Konsert proqramı tədbirin bir hissəsini təşkil edib. Biz bunun üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Tədbir iki hissədən ibarət olub.  Birinci rəsmi, ikinci isə konsert.

Afaq Aslan ikinci hissədə iştirak edib. Həmin şəxsin xarici görünüşü ilə bağlı onu deyə bilərəm ki, o geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət edib. Onlar da tələbələrin istəyini nəzərə alaraq belə addım atıblar. Konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər”.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png