ONN İnformasiya Agentliyi

Vazelini kirpiklərinizə sürtün və... - İNANILMAZ FAYDALARI

Vazelini kirpiklərinizə sürtün və... - İNANILMAZ FAYDALARI
27-05-2018, 15:50


Vazelin dəriyə qulluq vasitələri arasında ən faydalı kremlərdən biridir.

ONN media  həm gözəllik üçün, həm də həyat şərtlərinizi asanlaşdırmaq üçün vazelinin müxtəlif istifadə yolları barədə məlumat verir.

- Təraşdan sonra dərini yumşaldır.

- Dodaqları yumşaq edir və parlaq göstərir.

- Günəşdə yanmayan nahiyələrinizə, xüsusilə, dizlərinizin arxasına və biləklərinizin içinə sürtsəniz, aradakı rəng fərqini bağlayacaq.

- Qaşlara sürtdükdə dərini yumşaldır və onları daha ağrısız şəkildə ala bilərsiniz.

- Kirpiklərin böyüməsinə kömək edir. Gecə kirpiklərinizə sürtün və təsirini görün.

- Quru dəriyə sürtdükdə dərhal təsirini göstərir.

- Saçlarınızı boyayarkən saçınızla alnınızın birləşdiyi yerə sürtün, beləliklə, boya üzünüzdə iz buraxmayacaq.

- Quru və çatlamış dirsəkləri yumşaldır.

- Ətir vurduğunuz nöqtələrə vazelin çəkmək qoxunun daha qalıcı olmasını təmin edir.

- Vazelinin məsamələri tıxaması ilə bağlı bilinənlər yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza sürtə bilərsiniz.

- Gecədən qalan makiyajı təmizləməyi asanlaşdırır.

- Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza sürtdüyünüzdə daha parlaq və təzə bir görünüş verəcək.

- Saçlarınızın ucları sağlıqsız görünürsə, az miqdarda saçlarınıza sürtün.

- Paltarlarınıza bulaşmış kosmetika izi varsa, bunların üzərinə vazelin sürtərək, daha asan çıxmalarını təmin edəcəksiniz.

 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png