Uzun illərdir, bəlkə də qadın yaranandan bəri dünya cavanlıq iksirinin reseptinin axtarışındadır. Lakin indiyədək heç kim müvəffəqiyyət qazanmayıb. Bir çox insan, xüsusilə qulluq kremləri istehsal edən şirkətlər yanlış məsləhət və təlimatlar verərək sizdən xeyir qazanmağa çalışır. Lakin o da həqiqətdir ki, bir çox qədim gözəllik ayinləri dərinin elastikliyini qoruyaraq qocalıq prosesini ləngidir. ONN media publika -ya istinadən oxucuları yapon qadınlarının tez-tez istifadə etdiyi maska resepti ilə tanış edib. Yəqin eşitmisiniz ki, hansısa sirli substansiyalardan dolayı Yaponiyada qadınların əksəriyyəti gözəl və gənc sayılır. Bəs bu sirli amillər hansılardır? Başlıca səbəb əlbəttə ki, yağsız və qaynadılmış halda yeyilən düyü ilə dəniz məhsullarıdır. Düyünün tərkibi faydalı xassələrlə zəngindir. Düyüdə olan skvalen və linolevel turşuları çox güclü antioksidant, həmçinin dəridə kollagenləri stimullaşdırmaq qabiliyyətinə malik olan xassələrə malikdir. Skvalen dərini günəşin doğurduğu zərərli təsirlərdən qoruya bilər. Düyü həm də pis xolesterin səviyyəsini aşağı salaraq ürəyinizi müdafiə etmək qabiliyyətinə malikdir. Düyü E vitamini ilə də boldur. Qeyd etmək lazımdır ki, düyünün faydalı xassələri elmi cəhətdən isbat olunub. Odur ki, düyü suyu üzə müsbət təsir edir, dərini yumşaldır, onu daha parlaq və elsatik edir. Yaponlar iddia edir ki, maskanın daimi istifadəsi qadını 10 yaş gəncləşdirir. Zəruri inqrediyentlər: 3 xörək qaşığı düyü 1 xörək qaşığı bal 1 xörək qaşığı süd. Hazırlanması: Əvvəlcə düyünü təxminən 2 dəqiqə qaynadıb suyunu süzün. Daha sonra düyü suyuna isti süd və bir xörək qaşığı bal əlavə edib qarışdırmaq lazımdır. Növbəti mərhələdə maskanı quru və təmiz dəriyə sürtün. Maska quruyana qədər üzünüzdə saxlayın. Sonda üzünüzü silib dəsmalla qurulayın. Qalan düyünü isə skrab kimi istifadə edə bilərsiniz.
Yaponların CAVANLIQ SİRRİ



Qocalmaq istəməyənlər üçün Çin CAVANLIQ iksiri - RESEPT
Cəmi iki təbii inqrediyentlə qırışları aradan qaldırın - Hər dəri üçün effektli maska
Bu ucuz məhsullar dərinizi mükəmməl edəcək!
Rus qadınlarının gözəllik SİRRİ NƏDİR?
Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul
Çinli qadınların gözəllik sirləri açıqlandı
Bununla dərin daha cavan görünəcək
Bunun üçün sizə 10 dəqiqə lazımdır
Yaşlanma ilə ən yaxşı mübarizə aparan 7 məhsul bunlardır
Evdə qulluq möcüzələr yaradacaq
Yapon qadınlarının gözəl saçlarının sirrləri
Qocalmanı ləngidən UNİKAL MEYVƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 