ONN media

Gel dırnaq boyaları xərçəng yaradır

Gel dırnaq boyaları xərçəng yaradır
19 Sentyabr 2019 - 1:07

Son illərdə bütün dünyada olduğu kimi, ölkəmizdə də gel dırnaq boyalarına tələbat xeyli artıb.

ONN media xəbər verir ki, qalıcı olduğu üçün xanımların sevimlisinə çevrilən bu gellərlə bağlı həkimlər həyəcan təbili çalıb.

Onlar bildiriblər ki, dırnağa çəkilən boyanın quruması üçün istifadə edilən LED lampalar ultrabənövşəyi şüalar yayır. Bu da infeksiyadan tutmuş, dəri xərçənginədək bir çox xəstəliyə yol açır.

Xüsusilə də, ixtisaslaşmamış salonlarda, qeyri-peşəkar insanlar tərəfindən aparılan proseslər təhlükəni ikiqat artırır. Mütəxəssislər bu boya növlərindən imtina edə bilməyənlər üçün əlcəkdən və yüksək qoruyuculu günəş kremlərindən istifadə etməyi məsləhət görür

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png