ONN İnformasiya Agentliyi

Əvvəl taksiyə oturdu, sonra…

Əvvəl taksiyə oturdu, sonra…
02 Aprel 2019 - 23:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elgin Feyzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONN media xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Feyzullayev 9 il 2 ay azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci ilin fevral ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan Zaməddin İmanovun “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobili quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis idarəsinin Cinayət Axtarış İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Feyzullayev şübhəli şəxs qismində saxlanılıb.

E.Feyzullayevin quldurluq əməlindən başqa oğurluq etdiyi də məlum olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png