ONN İnformasiya Agentliyi

"WhatsApp"da YENİLİK - Mesajlarınıza görə arxayın ola biləcəksiniz

"WhatsApp"da YENİLİK - Mesajlarınıza görə arxayın ola biləcəksiniz
2-11-2019, 20:28

"WhatsApp"-ın Android versiyasına barmaq izi xüsusiyyəti əlavə edilib. ONN media xəbər verir ki, "WhatsApp" iOS-da tətbiq etdiyi barmaq izi ilə bağlam xüsusiyyətini Android tətbiqi üçün də istifadəyə verib. "Barmaq izi kilidi" funksiyası "WhatsApp"-ın Androiddəki 2.1.222 versiyası ilə birlikdə istifadəyə verilib. Artıq bütün Android cihazlara "WhatsApp"-ım yeni versiyasını yükləyərək yeni funksiyadan istifadə etmək mümkündür. Yəni bundan sonra "WhatsApp"-a ancaq barmaq izi ilə daxil olmaq mümkün olacaq. Funksiya aktivləşdirildikdən sonra daha heç kim sizin "WhatsApp"-nızı açıb mesajlara baxa bilməyəcək. Bunun üçün tətbiqin nizamlanmasına daxil olaraq "barmaq izi kilidi" funksiyasını aktivləşdirməlisiniz.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png