ONN İnformasiya Agentliyi

Abşeronda polis bölməsində qumbara tapılıb – FOTO

Abşeronda polis bölməsində qumbara tapılıb – FOTO
10-02-2018, 16:43


Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb.

ANAMA-dan ONN media-ya verilən məlumata görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png