Xətaidə 1 ədəd F-1 əl qumbarası aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) ONN media -ya verilən məlumata görə, bu gün saat 11:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 22 ünvanında partlayıcı vasitənin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis idarəsinin Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri, Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçiriilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Əl qumbarasının ətrafında Agentliyin mütəxəssisləri tərəfindən 500 kv.m ərazi yerüstü, 20 kv.m ərazi isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Xətaidə əl qumbarası aşkar edildi



Xətaidə əl qumbarası tapılıb
Xətai rayonunda təhlükəli tapıntı aşkar edildi
Bakıda əl qumbarası tapıldı
Nərimanovda təhlükəli tapıntı aşkar edildi
Gəncədə təhlükəli tapıntı aşkar edildi
Sumqayıtda təhlükəli tapıntı aşkar edildi
Goranboyda mina tapılıb
Nardarandakı qəbirstanlıqdan tapılanlar ŞOKA YARATDI
Abşeronda aviabomba tapılıb
Şəmkirdə təhlükəli tapıntı aşkar edildi
Bərdədə top mərmisi tapıldı
Tovuzda həyəcan siqnalı — Xüsusi çevik dəstə göndərildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 