ONN İnformasiya Agentliyi

Rusiyadan Masallıya qədər təqib edərək güllələdilər

Rusiyadan Masallıya qədər təqib edərək güllələdilər
24-03-2018, 08:42


Masallı rayonunda silahlı insident nəticəsində bir nəfər ağır yaralanıb.

ONN media "Report"-a istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Cərrahi əməliyyat zamanı onun bədənindən 4 güllə çıxarılıb.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıda güllələyiblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png