Tərtər rayonu ərazisində yol qəzasına düşən vəzifəli şəxslər işdən çıxarılıb. Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qərar imzalayıb. Qərara əsasən, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov, Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi - baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi - baş mühasibi Göyüş Muradov vəzifələrindən azad edilib. ONN media bildirir ki, Tərtər Rayon İcra Hakimiyyəti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, hadisə ötən həftə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb. Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi A.İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi O.Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi - baş mühasibi N.Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi - baş mühasibi G.Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Müayinə zamanı C.Quliyevə döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Yaralı cərrahi əməliyyat olunub. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.(Report)
Bunu edən vəzifəli şəxslər İŞDƏN QOVULDU



Kəlbəcərdə şəhid olan məmurun yerinə təyinat
Azərbaycanda bu qəsəbə şəhər oldu
Azərbaycanda 1 qəsəbəyə şəhər, 2 kəndə qəsəbə statusu verildi
Daha 6 rayonda vəzifəli şəxslər tutuldu- Rəsmi
Azərbaycanın rayonlarında kənd və qəsəbə adları dəyişdirildi
Prezidentdən bu rayonlarımızla bağlı QƏRAR
İlham Əliyev sərəncam imzaladı
2 qaziyə vəzifə verildi
Azərbaycanda vəzifəli şəxslər işdən çıxarıldı
Azərbaycanda vəzifəli şəxslər saxlanıldı - RƏSMİ
Bu ərazilər Xocavəndə verilir
Azərbaycanda daha bir neçə vəzifəli şəxs həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 