ONN İnformasiya Agentliyi

“Azərişıq” ASC-yə məxsus kabel oğurlanıb

“Azərişıq” ASC-yə məxsus kabel oğurlanıb
24-03-2018, 12:59


Martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.

ONN media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Vəliyev saxlanılıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png