ONN İnformasiya Agentliyi

Füzulidə avtomobilin yanması nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Füzulidə avtomobilin yanması nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB
1-04-2018, 23:57


Füzulidə aşan maşının yanması nəticəsində 2 nəfər ölüb. APA-nın yerli muxbirinin xəbərinə görə, "Qayıdış-5" qəsəbə sakini 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlu idarə etdiyi “Mercedes” markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yuksək hərəkətlə idarə edərkən, idarə etməni itirərək yol kənarına düşüb. 

"Qayıdış-5" qəsəbəsində baş verən qəza nəticəsində avtomobildə olan 4 nəfərdən sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib. Digər sərnişinlər 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu Füzüli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

**** 21.35

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli muxbirinin xəbərinə görə, hadisə Zobucuq qəsəbəsində baş verib.

Qəza zamanı 2001- ci il təvəllüdlü Dadaşov Yusif Seymur oğlu və daha bir nəfər ölüb.

Hazırda hüquq-mühavizə əməkdaşları qəza zamanı həyatını itirən digər şəxsin kimliyini və avtomobilin kimə məxsus olduğunu araşdırır.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png