Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində benzin daşıyan maşında yanğın olub.
ONN media “Report”-a istinadən xəbər verir ki, yanğın "MAN" markalı maşının əyləc sistemində başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.