Qazaxın Ermənistanla sərhəd hissəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, "112" qaynar telefon xəttinə iyulun 6-da axşam saatlarında Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan Respublikası ərazisində başlayıb və Azərbaycan Respublikasının ərazisinə keçib.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndləri ərazisinə (quru ot və kol-kos olan açıq ərazilər) keçən yanğınların geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın səhər saatlarında söndürülüb.
Təqribən 180 ha sahədə quru ot və kol-kos yanıb.
Eyni zamanda iyulun 7-də Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Qazax rayonu, Fərəhli kəndində, sərhəd zolağı boyunca quru ot yanması barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı təxminən 5 ha sahədə quru ot və kol-kos yanıb.



Bakıda parkda yanğın
Bakıda oteldə baş verən yanğından YENİ XƏBƏR
Qış parkı yaxınlığında güclü yanğın baş verib
Oğuzda meşədə yanğın olub - VİDEO
Şabranda 7 ha sahədə yanğın başlayıb - SON DƏQİQƏ
Xocavənddə dağlıq ərazidə YANĞIN: havaya 2 helikopter qaldırıldı
İsmayıllıda yük avtomobili yandı, sürücü XƏSARƏT ALDI
Şahdağ Milli Parkının ərazisində yanğın başladı
Badamdardakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bakıda şadlıq sarayında yanğın oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 