Bakı şəhərinin Xətai rayonunda baş verən zəncirvari qəza nəticəsində üç avtomobilə ziyan dəyib.
ONN media lent.az-a istinadla xəbər verir ki, hadisə Fəzail Bayramov küçəsi, 8 ünvanında qeydə alınıb.
İlkin məlumatlara görə, “Toyota” markalı avtomobil yol kənarında park edilmiş VAZ-2107 markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən VAZ-2107 yaxınlıqda park edilmiş “Mersedes” markalı avtomobilə də dəyib. Nəticədə hər üç nəqliyyat vasitəsi zədələnib.
Hadisə ilə bağlı araşdırma aparılır