ONN İnformasiya Agentliyi

Maşinist vaqonların arasına yıxıldı və...- METRODA DƏHŞƏT

Maşinist vaqonların arasına yıxıldı və...- METRODA DƏHŞƏT
21-11-2018, 13:30


“Bakı Metropoliteni”nin bənövşəyi xəttinin “Memar Əcəmi-2” stansiyasında maşinist ehtiyatsızlıq səbəbindən vaqonların arasına düşərək xəsarət alıb.

ONN media Ölkə.az-a istinadla xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi açıqlamaya görə, hadisə noyabrın 19-u səhər saatlarında baş verib:

“Hadisə iki gün əvvəl baş verib. Həmin gün metronun Bənövşəyi xətt üzrə “Avtovağzal-Memar Əcəmi-2” stansiyasına hərəkət edən qatarın maşinisti Rəmzi Rüstəmov təhlükə ilə üzləşib. 

Belə ki, maşinist “Avtovağzal” istiqamətində platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, yıxılıb. Xoşbəxtlikdən əməkdaşlarımız bunu görüb və dərhal müdaxilə edərək onu xilas ediblər. 

R.Rüstəmov xəstəxanaya çatdırılıb. Çox ciddi xəsarət almayıb, sadəcə, qolu sınıb. Hazırda maşinist işə çıxmır və bülletendədir. Əmək Müfəttişliyinə faktla bağlı məlumat verilib, hadisə araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png