Bu gün səhər saatlarında Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb, həmçinin tuneldə qatarın işıqları sönüb. ONN media xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb. Nəticədə həmin stansiyada düşə bilməyən sərnişinlər “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıdıb. Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, qapıların açılmaması yeni vaqonların təhlükəsiz tələbləri ilə bağlı olduğunu qeyd edib: “Yeni vaqonlarda əgər sərnişin qapıları çox tutub saxlayırsa bu həmin qapıların sonradan açılmaması ilə müşahidə edilir. Bu gün səhər saatlarında da elə bir hal baş verib. Bu səbəbdən də ola bilsin ki, bəzi sərnişinlər “İnşaatçılar” stansiyasında düşə bilməyib. Artıq qatar “Elmlər Akademiyası”na yola düşəndə maşinist sistemi yenidən qoşub. Bu zaman isə vaqonların işıqları ani olaraq sönüb. Amma sərnişinlər arasında elə bir narahatlıq yaranmayıb”.
Bakı metrosunda HƏYƏCANLI ANLAR: İşıqlar söndü, sərnişinlər qatarda qaldı



Bakı metrosunda nasazlıq: Qatar bu stansiyada dayanmadı
Bakı metrosunda OLAY - Yeni qatars...
Bakı metrosunda qatarda nasazlıq: sərnişinlər düşürüldü
Metroda sərnişinlər qatardan niyə düşürdüldü?
Metroda həyəcan- Qapılar bağlanmadı və...
Metroda yenə problem yarandı
Bakı metrosunda hadisə olub- Sərnişinlər düşürdüldü
Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?
Səhər saatlarında metroda HƏYƏCANLI ANLAR - Qatarlar boşaldıldı
Bakı metrosunda HƏYƏCANLI OLAY
Bakı metrosunda gərginlik- Nə baş verdi?
Bakı metrosunda qatarda nasazlıq yarandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 