Bakı Metropoliteni QSC-nin “Sahil”, “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri vəzifələrindən azad edilib.
ONN media xəbər verir ki, onların yerinə təyinatlar olub.
Bildirilir ki, “Sahil” stansiyasının rəisi Taleh Məmmədov başqa işə keçdiyi üçün vəzifəsindən azad olunmaqla bağlı ərizə yazıb.
Metronun “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri Alpaşa İsmayılov və Zahid Rəcəbov isə təqaüd yaşları çatdığı üçün əmək müqavilələrinə xitam verilib.
“Sahil” stansiyasına T.Məmmədovun yerinə Nurlan Nəbiyev, “Azadlıq prospekti” stansiyasına A. İsmayılovun yerinə Xalid Məmmədov və “Nəsimi” stansiyasına isə Z.Rəcəbovun yerinə Ramin Əliyev təyin edilib.
Yeni təyinata qədər Nurlan Nəbiyev “İnşaatçılar” stansiyasında, Xalid Məmmədov "28 May" stansiyasında, Ramin Əliyev isə "8 Noyabr" stansiyasında Mərkəzləşmə Məntəqə Növbətçisi vəzifəsində çalışıblar.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov kadr dəyişikliyini təsdiq edib.
Bu dəyişikliklə metronun 26 stansiyasının rəhbərliyi aşağıdakı kimi formalaşıb:
| № | Stansiya rəisinin adı | Hazırda rəhbərlik etdiyi stansiya | Əvvəl rəhbərlik etdiyi stansiya |
| 1 | Əlişan Ağayev | Avtovağzal | Memar Əcəmi (Bənövşəyi) |
| 2 | Niyaz Alıyev | Memar Əcəmi (Bənövşəyi) | Qara Qarayev |
| 3 | Akif Məmmədov | Şah İsmayıl Xətai | Əhmədli |
| 4 | Yusif Kərimov | Cəfər Cabbarlı | Gənclik |
| 5 | Vüsal Zeynalov | Nizami | İmtahanla qəbul edilib |
| 6 | Şaiq Heydərov | Elmlər Akademiyası | Cəfər Cabbarlı |
| 7 | Sərdar Babayev | İnşaatçılar | Bakmil |
| 8 | Elçin Süleymanov | 20 Yanvar | İnşaatçılar |
| 9 | Şahvələd Hüseynov | Memar Əcəmi | İçərişəhər |
| 10 | Ramin Əliyev | Nəsimi | İmtahanla qəbul edilib |
| 11 | Xalid Məmmədov | Azadlıq prospekti | İmtahanla qəbul edilib |
| 12 | Faiq Həsənov | Dərnəgül | Avtovağzal |
| 13 | Cümşüd Cəfərov | İçərişəhər | Sahil |
| 14 | Nurlan Nəbiyev | Sahil | İmtahanla qəbul edilib |
| 15 | Müstəcəb Qurbanov | 28 May | Nəriman Nərimanov |
| 16 | Əli Mayılov | Gənclik | Elmlər Akademiyası |
| 17 | Seyfulla Vəliyev | Nəriman Nərimanov | Memar Əcəmi |
| 18 | Dəyanət Dadaşov | Bakmil | Şah İsmayıl Xətai |
| 19 | Elxan Zeynalov | Ulduz | Nəsimi |
| 20 | Vadim Məmmədov | Koroğlu | Həzi Aslanov |
| 21 | İlqar Rüstəmov | Qara Qarayev | Azadlıq prospekti |
| 22 | Mehman İbrahimov | Neftçilər | Koroğlu |
| 23 | Arif Həsənli | Xalqlar dostluğu | İmtahanla qəbul edilib |
| 24 | Cəmşid Cəfərov | Əhmədli | Neftçilər |
| 25 | Vidadi İbrahimov | Həzi Aslanov | 28 May |
| 26 | Yusif Şabanov | 8 Noyabr | Nizami |



Metronun bütün stansiyalarının rəisləri dəyişdi
“Bakı Metropoliteni” QSC-də YENİ TƏYİNATLAR
Bakı metrosunun 26 stansiyasında rəislər dəyişdirilib
Bakı metrosunda həyəcanlı anlar- DƏHŞƏT
Metro rəsmisindən pik vaxtda 7 dəqiqəlik gecikməyə CAVAB
"8 noyabr" stansiyasına rəis müavini təyin edildi
"Sahil" stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu
Bakıda bu küçələrdən tramvay xətti keçəcək
Paytaxt küçələrində son durum necədir?
"Həzi Aslanov" stansiyasında təmir başladı
Bakı metrosunda OLAY: Gənc qız...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 