Qazaxda yanğın qeydə alınıb. ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan qazanxananın içərisində quraşdırılmış elektrik lövhəsində 4 ədəd qoruyucu açar yanıb. Qazanxana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qazanxanada yanğın - FHN

