Bakıdakı "Formula-1" yarışını təşkil edən "Baku City Circuit" Rusiyanın "Kommersant" qəzetində dərc olunmuş yazı ilə bağlı bəyanat yayıb. ONN media xəbər verir ki, bəyantda Rusiya KİV-ində dərc olunan məlumatın qeyri-rəsmidi olduğu və heç bir əsası olmadığı bildirilir. "Müqavilənin şərtləri tamamilə məxfidir və heç bir şəkildə rəsmən açıqlana bilməz. Onu da bildiririk ki, müqavilə üzrə “Formula-1”in rəhbərliyi ilə aramızda heç bir uyğunsuzluq olmayıb və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər konstruktiv dialoq yolu ilə həll olunur", - deyə bəyanatda bildirilir. Qeyd edək ki, "Kommersant" qəzetində dərc olunan yazıda iddia olunurdu ki, ölkəmiz 2019-cu ildə Bakıda Azərbaycan Qran Prisinin keçirilməsi üçün 60 milyon dollar ödəyəcək. BAKU.WS
Bakıda keçiriləcək “Formula-1" neçə milyona başa gələcək? - RƏSMİ AÇIQLAMA

