Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) davam edən COVİD-19 qlobal pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan “Formula “" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar son vəziyyətə aydınlıq gətirib. ONN media xəbər verir ki, builki çempionatın ilkin yarış cədvəlində 5 - 7 iyunda keçirilməsi nəzərdə tutulan Azərbaycan Qran-prisinin təxirə salınması barədə qərar Azərbaycan hökuməti, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən uzun müddət aparılan üçtərəfli danışıqlardan sonra qəbul edilib. Hazırda dünya çempionatının bütün iştirakçıları mövcud vəziyyəti izləməkdə davam edirlər. Əməliyyat Şirkəti bütün işçi, azarkeş və komandalarla yanaşı, Azərbaycan xalqının sağlamlığı və rifahına təhlükə yaradacaq addım atmaqdan çəkinir və bəyan edir ki, vəziyyət stabilləşməyənədək və həmçinin karantin tədbirləri tam aradan qaldırılmayanadək “Formula 1”in Bakı yarışı üçün dəqiq tarixin müəyyənləşdirilməsi mümkün olmayacaq. Azərbaycan Qran-prisinin promouteri yarışı izləyicisiz keçirməyi məqsədəuyğun saymır və ümid edir ki, bu il iyunun sonundan etibarən Bakıda “Formula 1” komandalarını və azarkeşlərini qəbul edə biləcək təhlükəsiz şərait tam bərpa olunacaq. Regionun iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edən əməliyyat şirkəti ilə “Formula 1” rəhbərliyi Bakı mərhələsinin oktyabrın ortalarınadək keçirilməsinin məqsədəuyğun olacağı barədə həmfikirdir. Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi paytaxtın mərkəzi küçələrində keçirilir və yarış trekinin qurulması üçün azı 12 həftə tələb olunur. Bu baxımdan, builki Azərbaycan Qran Prisinin yeni tarixi barədə yekun qərarın iyulun ilk həftəsindən gec olmayaraq qəbul edilməsi zəruridir. Əməliyyat Şirkəti göstərilən anlayışa görə yarışın bütün iştirakçılarına və tərəfdaşlarına təşəkkür edib.
“Formula 1” Bakı Qran-prisi üçün mümkün tarix açıqlandı



“Formula-1” Azərbaycan Qran-Prisi üçün alınmış biletlərin taleyi necə olacaq?
"Formula 1" LƏĞV EDİLDİ
Azərbaycan pilotları "Formula 1"də iştirak edə bilərlər
Bakıdakı “Formula-1” yarışı keçirilməyə bilər: Bu gün qərar veriləcək
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib
"Formula 1" həvəskarlarına PİS XƏBƏR
“Formula 1” üzrə Yaponiya Qran Prisi ləğv olundu
"Formula 1" üzrə Azərbaycan Qran-prisi canlı yayımlanacaq
Formula 1-in TƏQVİMİ təsdiq edildi1
“Formula-1” Azərbaycan Qran-prisinin biletlərinin qiyməti AÇIQLANDI
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı bilindi
Formula-1 Qran Prisinin bütün biletləri satıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 