Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu gün aldığı qərara əsasən, 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılan “Formula-1” Azərbaycan Qran-Prisini təxirə salıb.
ONN media xəbər verir ki, bu qərar “Formula-1” rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Azərbaycan Respublikası hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub.
Həmçinin, davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarın alınmasını zəruri edib.
Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn “Formula-1” azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.
Əməliyyat şirkəti çalışır ki, “Formula-1” rəhbərliyi, FIA və Azərbaycan höküməti ilə birlikdə “Formula-1” Azərbaycan Qran-Prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu barədə ictimaiyyəti məlumatlandırsın.
Yeri gəlmişkən, “Formula-1” Azərbaycan Qran-Prisi 2020 yarışı üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.Qeyd edək ki, Bakıdakı yarış üçün 15 minə yaxın bilet satılmışdı.



“Formula 1” Bakı Qran-prisi üçün mümkün tarix açıqlandı
Bakıdakı “Formula-1” yarışı keçirilməyə bilər: Bu gün qərar veriləcək
"Formula 1" LƏĞV EDİLDİ
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı bilindi
"Formula-1" Qran prisi ləğv olundu
“Formula 1” üzrə Yaponiya Qran Prisi ləğv olundu
Azərbaycan pilotları "Formula 1"də iştirak edə bilərlər
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin trasında dəyişiklik edilib
Formula 1 pilotu Bakıda cəzalandırıldı
Formula 1 üzrə birinci sərbəst yürüş başladı
Formula-1 Qran Prisinin bütün biletləri satıldı
Çinə daha bir zərbə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 