ONN İnformasiya Agentliyi

Xudatda TIR-la minik maşını toqquşdu - Xəsarət alanlar var

Xudatda TIR-la minik maşını toqquşdu - Xəsarət alanlar var
16-01-2018, 20:58


Bu gün axşam saatlarında Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONN media APA-ya istinadən xəbər verir ki, yük maşını (TIR) ilə VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Xudat sakini ağır xəsarət alıb.

Bunlar 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu və 27 yaşlı Qəmrayev Elçin Zöhrab oğludur. Onlar Xudat şəhər Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, sonra onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png