Ucarda nəvə babasının maşını ilə ağır yol-nəqliyyat hadisəsi törədib.
Hadisə bu gün axşamüstü Ucarın Heydər Əliyev prospektində baş verib. Belə ki, Ucar rayon sakini, 20 yaşlı Mirabdulla Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə rayonun Alpout kənd sakini, 2002-ci il təvəllüdlü Kənan Zeynalovun idarə etdiyi "Opel" markalı avtomaşın toqquşub. Qəza zamanı idarəetmədən çıxan avtomobillər yol kənarında olan 2 piyadanı da vurub. Nəticədə sürücülər – Mirabdulla Rüstəmov, Kənan Zeynalov, avtomobildə olan 2 sərnişin və 2 piyada ağır bədən xəsarətləri alıblar. Yaralılar - 23 yaşlı Məqsəd Bəxtiyar oğlu Əsgərov, 17 yaşlı Kənan Asif oğlu Abuzərov, 21 yaşlı İbrahim İlqar oğlu İbrahimov, 21 yaşlı Ramil Baba oğlu Abdurəhmanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Vəziyyəti daha ağır olan Ramil Abdurəhmanov Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Mirabdulla Rüstəmovun babası Baba Atayevin sözlərinə görə, ona məxsus "VAZ-21099" markalı minik maşınını nəvəsi onun xəbəri olmadan qaçırıb.
Faktla bağlı araşdırma aparılır.



Kürdəmirdə ağır qəza olub: Yaralananlar var
Ucarda 2 avtomobil toqquşub, üç nəfər xəsarət alıb
İmişlidə AĞIR QƏZA: “QAZ-24” yük maşınıyla toqquşdu, 8 nəfər...
Ucarda avtomobil dörd yaşlı uşağı vurub
Ucarda QƏZA: Bir ailənin 3 üzvü...
Saatlıda AĞIR QƏZA: 4 nəfər...
Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü...
Ucarda AĞIR QƏZA - 4 nəfər...
Motosikletlə minik avtomobili toqquşdu - YARALI VAR
Göyçayda yol qəzası baş verib- YARALANANLAR VAR
Oğuzda yol-nəqliyyat hadisəsi olub - YARALI VAR
Balakəndə dəhşətli qəza
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 