ONN İnformasiya Agentliyi

Azərbaycan Qran-prisində ard-arda qəza

Azərbaycan Qran-prisində ard-arda qəza
05 İyun 2021 - 18:24

“Formula 1” üzrə Azərbaycan Qran-prisində növbəti qəzalar baş verib.

“Aston Martin”in pilotu Lens Stroll sıralama turunun 15-ci döngəsində təhlükəsizlik maneəsinə çırpılıb.

Daha sonra onun təkərində problem aşkarlanıb və qırmızı bayraq qaldırılıb. Nəticədə yarış müvəqqəti dayanmalı olub.

Bundan başqa, “Alfa Romeo” pilotu Antonio Covinatsi də sıralama turunda qəza törədib.

O, bolidin idarəetməsini itirib. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış ikinci dəfə müvəqqəti dayanmalı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png