ONN İnformasiya Agentliyi

Bakıda inanılmaz CİNAYƏT

Bakıda inanılmaz CİNAYƏT
29 Mart 2019 - 14:23

ONN media xəbər verir ki, spirtli içki qəbul edib tanımadığı şəxslə əlbəyaxa dava salan şəxsin sonu bıçaqlanma ilə bitib.

Hadisə Suraxanı rayonu, Qum adası, Bağ massivində baş verib. 

1978-ci il təvəllüdlü Mustafayev Azad Nurəddin oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yaraları, sol qulağın kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır. 

Analoji hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi 6-cı mədənin yaxınlığında baş verib. 

2002-ci il təvəllüdlü Məmmədov Taleh Nadir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta-ağırdır. 

Hər iki faktla bağlı araşdırma aparılır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png