ONN İnformasiya Agentliyi

Bakıdakı dəhşətli qəzada ölənlərin adları BİLİNDİ

Bakıdakı dəhşətli qəzada ölənlərin adları BİLİNDİ
30 Mart 2024 - 12:13

Gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.

ONN media xəbər verir ki, saat 22:30 radələrində Asim Asiman oğlu Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil dairəvi yolda idarəetməni itirib.

Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus TIR-a çırpılıb. 

Nəticədə “Chevrolet”in sürücüsü Asim Asiman oğlu Əliyev və həmin avtomobildə olan sərnişin Ruslan Maşallah oğlu Mikayılov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png